20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Türkiyənin sabiq prezidenti təkrar seçki qərarına qarşı çıxdı
Tarix: 09-05-2019 19:52 | Bölmə: Dünya
_1493986638_5079.jpg

"Yazıq, bir arpa boyu yol almamışıq".

Reyting.az
Mia.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin sabiq prezidenti Abdullah Gül YSK-nın ( MSK) 31 martda İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrini ləğv etməsinə münasibət bildirərkən deyib.

Abdullah Gül YSK-nın qərarına "Twitter"dəki hesabında belə reaksiya verib:

"Konstitusiya Məhkəməsi 2007-ci ildə verdiyi haqsız "367 qararı" (Həmin vaxt məhkəmə AKP-yə dövlət tərəfindən vəsait ayrılmasına qismən qadağa tətbiq etmişdi- Mia.az) qarşısında nələr hiss etdimsə, başqa bir məhkəmə olan YSK-nın verdiyi qərarı duyunca da, eyni duyğunları yaşadım. Yazıq, bir arpa boyu yol almamışıq".

Xatırladaq ki, YSK məlum qərarı məhz prezident Ərdoğanın sədri olduğu partiyanın - AKP-nin ard-arda verdiyi etirazlar əsasında qəbul edib.

Bundan başqa, qərara qədər Ərdoğan dəfələrlə İstanbuldakı seçki ilə razılaşmadığını, ləğvini gündəmə gətirmişdi.

/gul-tvit.jpg




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər