Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
Yerə bənzəyən planet kəşf olunub
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Şaraa Əsədi geri almaq istəyir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 19-01-2016 16:39 | Bölmə: Dünya

İranın ABŞ və Avropa Birliyinin əksər sanksiyalarından qurtulması uzun müddət dünya bazarında neft qiymətlərini diktə edən Səudiyyə Ərəbistanının aqibətini də gündəmə gətirib.
Nüfuzlu "OilPrice” nəşri yazır ki, Səudiyyə hazırda bütün cəbhələrdə uğursuzluqla üzləşib:
"Suriya və Yəməndə aparılan savaşda uduzur, neft qiymətləri uğrunda mübarizədən isə məğlub çıxır. Üstəlik, krallığın OPEK-dəki liderliyi təhlükə, Qərblə müttəfiqliyi sual altındadır”.
Nəşrin fikrincə, Səudiyyədən fərqli olaraq İran bütün cəbhələrdə irəliləyir:
"Səudiyyə Ərəbistanı OPEK-in şəksiz lideri idi. Lakin neft qiymətlərinin enməsi fonunda Ər-Riyadın valyuta ehtiyatları azalmağa başlayır.Səudiyyə ucuz neft qiymətlərinə 4 ildən artıq dözə bilməz. İranın Suriya və Yəməndə şiələri, Livanda "Hizbullah”ı dəstəkləməsi də Səudiyyə rəhbərliyində ciddi narahatlıq yaradır”.
Qəzet yazır ki, şiə din xadimi Nimr ən-Nimrin edamı İranın Səudiyyə Ərəbistanındakı şiələr arasında nüfuzunun artmasının dolayı etirafıdır: "Krallıq öz ərazisində belə bir təhlükə ilə üzləşib. Nəzərə almaq lazımdır ki, Səudiyyədəki şiələr ölkə əhalisinin 15 faizini təşkil edir. Üstəlik krallıq başa düşür ki, birbaşa qarşıdurmada İrana qalib gələ bilməz. İranın əhalisi daha böyükdür və ölkənin savaşlarda püxtələşmiş generalları var.Səudiyyə Ərəbistanında isə əsas hərbi postları kral ailəsinin yaxın ətrafı tutur”.
"OilPrice” hesab edir ki, hazırda Səudiyyə bütün cəbhə boyu təşviş içindədir:"Krallıq həm özünün OPEK-dəki statusuna, həm valyuta ehtiyatlarının azalmasına, həm də müttəfiqlərinin itirmək təhlükəsinə görə ciddi narahatlıq keçirir."Altılıq” ölkələri ilə imzaladığı sazişdən sonra İranın neft şirkətlərinin və neft sənayesində çalışanların üzərindən sanksiyalar götürüldü. Sanksiyaların ləğvi və İranın bazara girməsi ərəfəsində Səudiyyə Ərəbistanı Avropa üçün neft qiymətlərini qəfildən azaltdı. Analitiklərin fikrincə, Səudiyyə ilə İran arasındakı ədavət savaşa çevrilsə, neftin bir barreli 250 dollaradək yüksələ bilər”(azalliq.info).
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər