14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Jirinovski Peterburqun adını dəyişdirməyi təklif etdi
Tarix: 26-06-2019 19:07 | Bölmə: Dünya
Jirinovski Peterburqun adını dəyişdirməyi təklif etdi

Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski Moskva və Moskva ətrafının, Leninqrad vilayətinin Sankt-Peterburqla birləşdirib Petroqrad adlandırılmasını təklif edib.

Reyting.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, onun fikrincə, regionları hansısa formada birləşdirmək lazımdır.

“Regionlar (85) çoxdur, hərəsi 5 milyonluq 40 quberniyanı idarə etmək asandır. Moskva və vilayət, bu nə subyektdir? Bu bir subyektdir. Moskvalı vilayətdə istirahət edir, Moskva ətrafının sakini Moskvada işləyir, ancaq onların statusları müxtəlifdir və fərqli qaydaları, fərqli idarəetmə orqanları var. Mənə elə gəlir ki, Sankt-Peterburqu da götürmək lazımdır. Birincisi, rusca adlandırmaq lazımdır – Petroqrad. İkincisi, vilayətlə birləşdirmək lazımdır. Belə vilayət-şəhər ayrılması dünyanın heç bir yerində yoxdur”, - Jirinovski söyləyib.

Onun sözlərinə görə, regionların birləşməsi yol tikintisi ilə birbaşa bağlıdır.

“Əgər bizdə hər 100 kilometrdən bir subyekt qurtarırsa, yolu necə tikmək olar? Orada başqa subyektdir, orada büdcə başqadır”, - Jirinovski vurğulayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}