Komandan: “İstənilən təcavüzə cavab verməyə hazırıq”
Tarix: 21-09-2019 12:48 | Bölmə: Dünya
Komandan: “İstənilən təcavüzə cavab verməyə hazırıq”

“Hər hansı bir təcavüzə cavab verməyə çox ciddi yanaşırıq. Cavablarımız məhdudlaşmayacaq və istənilən təcavüzə cavab verə və hər hansı bir ssenariyə hazır olacağıq”.

Reyting.az
“İRNA”-ya istinadla xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandanı Hüseyn Səlami bildirib.

İranın ələ keçirdiyi dronlar və digər qənimətlərin sərgisində İİKK rəhbəri deyib: “ABŞ dronlarının vurulması yeni texnologiyamızın uğurunu vurğulayır. Hava məkanımızı pozan istənilən PUA-nı vurmağa cəsarət tapacağıq. İstənilən təcavüzə cavab verməyə hazır olduğumuz qətidir. Müharibənin torpaqlarımıza girməsinə heç vaxt icazə vermərik”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}