17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Zori Balayanın nəvəsi Paşinyanın hərbi xidmətdə olan oğlunu döyüb
Tarix: 24-09-2019 14:39 | Bölmə: Dünya
Zori Balayanın nəvəsi Paşinyanın hərbi xidmətdə olan oğlunu döyüb

Ermənistan ordusunda daha bir qalmaqal baş verib.

Budəfəki məsələ baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyanla bağlıdır.

"Qraparak” nəşrində dərc olunan xəbərdə bildirilir ki, hərbi xidmətdə olan Aşot xidmət yoldaşları ilə mübahisə edib, zabitlər və əsgərlər tərəfindən döyülüb. Maraqlısı budur ki, onu döyənlərdən biri də erməni terrorunun əsas təbliğatçısı olan Zori Balayanın nəvəsidir.

"Aşot Paşinyan Ermənistanda nizam yaratmağa cəhd edən atası kimi öz hərbi hissəsində nizam yaratmağa cəhd edib. Bunun üçün o, zabitlərə və xidmət yoldaşlarına irad tutaraq, əsgər yoldaşlarından komandanlığa xəbərçilik edib və nəticədə bütün yazılmamış qaydaların hamısını pozub. Kiçik Paşinyan onunla eyni hərbi hissədə xidmət edən Zori Balayanın nəvəsi tərəfindən döyülüb. Bu hadisədən az sonra sosial şəbəkələrdə Aşot Paşinyanın İrəvanda mühafizəçilərin müşayiəti altında bacısı ilə gəzməsini əks etdirən video yayımlanıb”, – deyə mənbə bildirib/Yenisabah




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}