Almaniya Türkiyədəki diplomatik nümayəndəliklərini bağlayıb
Tarix: 15-09-2016 13:14 | Bölmə: Dünya

 

Almaniya təhlükəsizlik səbəbindən Türkiyədəki səfirliyini, konsulluğunu və məktəblərini bağlayıb.

Türkiyə KİV-lərinin məlumatına görə, buna səbəb kimiAlmaniya təmsilçiliklərinə ehtimal edilən hücum göstərilir.

Qeyd edilir ki, Almaniyanın səfirliyi, konsulluğu və məktəbləri sentyabrın 16-dək bağlı olacaq.

Xatırladaq ki, bu il martın 19-da Ankarada törədilən terror aktından iki gün əvvəl də Almaniya Türkiyədəki səfirliyini, konsulluğunu və İstanbuldakı alman liseyini təhlükəsizlik səbəbindən bağlamışdı.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}