20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
“Washington Post”: Tramp Türkiyənin dəstəyini istəyir
Tarix: 26-11-2017 13:26 | Bölmə: Dünya
“Washington Post”: Tramp Türkiyənin dəstəyini istəyir

ABŞ hökuməti YPG-yə silah daşınmasını dayandıraraq Türkiyənin dəstəyini qazanmaq istəyir.

Bu barədə “Washington Post” qəzeti yazıb.

Reyting.az-ın xəbərinə görə, ötən gün Donlad Trampla Ərdoğan arasında YPG-yə silah daşınması da daxil olmaqla Suriyadakı vəziyyətin müzakirə olunduğu telefon danışığı başda ABŞ mediası olmaqla, Qərb mediasında da böyük müzakirələrə səbəb olub.

Həmin yazılardan biri də “Washington Post” qəzetində yer alan “Tramp Türkiyənin dəstəyini istəyir” başlıqlı yazıdır.

İddia olunur ki, Tramp administrasiyası YPG-yə silah daşınmasının dayandırılması, Suriyadakı vəziyyətin düzəlməsi və Rusiya-İran yaxınlaşmasını əngəlləmək üçün Türkiyə ilə yaxınlaşmaq istədiyini irəli sürüb.

Qeyd edilir ki, YPG-yə görə Türkiyəni itirmək təhlükəsiylə üzləşən ABŞ bölgədə zəifləməyə başlamayıb. Bu səbəbdən də Türkiyə ilə münasibətlərini yaxşılaşdırmaq istəyir.

“Washington Post” qəzeti bildirib ki, Türkiyə silah daşınmasının dayandırılacağı ilə bağlı ilk açıqlamanı verəndə Amerika Təhlükəsizlik Şurası təəccüblənib. Daha sonra Ağ Ev verdiyi açıqlama ilə arada yaranan qeyri-müəyyənliyi rəsmi şəkildə aydınlaşdırıb və belə bir qərarın verilməsi təsdiqini tapıb.

Qəzet, suriyalı kürdlərə silah dəstəyinin dayandırılması haqqında qərarın ABŞ ilə Türkiyə arasında vacib sayılan gərginliyin aradan qaldırılmasına, lakin PKK və silahlılarını hirsləndirə biləcək bir addım olacağını bildirib.(Mənbə: a24.az)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər