16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
ABŞ-la Türkiyə arasında müharibə təhlükəsi yaranıb - Hesabat
Tarix: 17-12-2017 13:21 | Bölmə: Dünya
ABŞ-la Türkiyə arasında müharibə təhlükəsi yaranıb

Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) yaxınlığı ilə bilinən “Rand” korporasiyası Türkiyə ilə ABŞ-ın birbaşa müharibəyə başlaya biləcəyi barədə hesabat dərc edib.

Hesabat “ABŞ-ın Yaxın Şərqdəki strateji mənfəəti və ABŞ ordusu üçün nəticələri” başlığı ilə yayımlanıb.

Hesabatda Türkiyənin YPG/PYD qruplaşmalarına qarşı terror əməliyyatlarını artıracağı halda bunun iki dövlət arasında silahlı qarşıdurmaya çevrilə biləcəyi qeyd olunub. Diqqət çəkən məqam isə mümkün döyüşlərin “ehtimal edilməsə də, tamamilə imkansız da deyil”, - ifadələrinin təsvir edilməsidir.

Hesabatda bölgənin ən qüdrətli silahlı gücü ilə qarşılaşmağın ABŞ üçün asan olmayacağı da bildirilib.(Axar.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}