Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ağır zərbə
Tarix: 16-04-2016 10:03 | Bölmə: Dünya


Belarus tərəfindən qəbul edilmiş hərbi doktrina Ermənistanda narahatlığa səbəb olub.

Bunu jurnalistlərə açıqlamasında Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan söyləyib.

Onun sözlərinə görə, Belarusun yeni hərbi doktrinası təkcə Ermənistan yox, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üçün problemdir(Axar.az).

Qeyd edək ki, Belarusun bir müddət öncə qəbul etdiyi yeni hərbi doktrinaya əsasən, Belarus ordusuna öz sərhədlərindən kənarda hərbi əməliyyat aparması qadağan edilir. Bununla da rəsmi Minsk de-fakto KTMT çərçivəsində Ermənistanın və digər müttəfiq dövlətlərin müdafiəsi ilə bağlı üzərinə götürdüyü öhdəlikdən imtina etmiş olur.





Bölməyə aid digər xəbərlər
25-12-2024, 08:34 Ottava Pekinə etiraz edir

bütün xəbərlər