PUA hücumu: istehsalçı bəllidir, qalır adını açıqlamaq…
Tarix: 31-01-2023 19:43 | Bölmə: Dünya
PUA hücumu: istehsalçı bəllidir, qalır adını açıqlamaq…

İranlı mütəxəssislər üç gün əvvəl İsfahandakı hərbi zavoda zərbə endirən PUA-ların istehsalçısını müəyyən ediblər.

Reyting.az
ISNA agentliyinə istinadla xəbər verir ki, İranın hüquq-mühafizə orqanlarının mütəxəssisləri Müdafiə Naziriyinin İsfahandakı obyektinə hücum edən dronları hansı ölkənin istehsal etdiyini artıq bilirlər.

Ölkənin milli təhlükəsizlik üzrə Ali Şurasına yaxın mənbədən Agentliyə bildirilib ki, vurulan dronun gövdəsinin komponentlərinin, mühərrikinin, yanacaq və naviqasiya sisteminin mövcud nümunələrlə müqayisəli analizi sayəsində istehsalçının kimliyi dəqiq müəyyən edilib. Amma bu zaman mənbə düşmən istehsalçının adını söyləməkdən yayınıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər