Kriminal ABŞ: bir ayda 1500 adam güllələnib
Tarix: 01-02-2023 09:55 | Bölmə: Dünya
Kriminal ABŞ: bir ayda 1500 adam güllələnib

Yeni ilin birinci ayı ərzində Birləşmiş Ştatlarda qeydə alınan silahlı basqın və atışmalarda 1500 dinc sakin həyatını itirib.

Reyting.az
“The Gainesville Sun” qəzetinə istinadla xəbər verir ki, 2023-cü ilin ilk ayında 51 kütləvi atışma hadisəsi baş verib. Nəşr Gun Violence Archive təşkilatının statistikasına əsasən yazır ki, bu hadisələr zamanı min beş yüz nəfər həlak olub.

Qanlı insidentlərin 11,5 faizi yalnız bir ştatın - Floridanın payına düşür.

Yanvarın son gününə olan vəziyyətə görə, odlu silahdan aşılan atəş nəticəsində 22 azyaşlı həyatını itirib, daha 44-ü isə yaralanıb. Həmçinin 124 yeniyetmə həlak olub, 295-i isə müxtəlif bədən xəsarətləri alıb.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər