Stokholm Türkiyə ilə münasibətləri “soyuq” adlandırıb
Tarix: 01-02-2023 09:59 | Bölmə: Dünya
Stokholm Türkiyə ilə münasibətləri “soyuq” adlandırıb

İsveçin xarici işlər naziri Tobias Billstrem Ankara ilə Stokholm arasındakı münasibətlərin perspektivinə inandığını söyləyib.

Reyting.az
xarici media resurslarına istinadla xəbər verir ki, isveçli nazir bu barədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Hazırda ölkələrimiz arasında münasibətlər soyuqdur. Amma, reallığı nəzərə alsaq, bu durum tamamilə təbii sayılmalıdır. Biz diqqətimizi irəli yönəltməli və münasibətlərimizin isti perspektivinə ümid etməliyik”, - nazır bildirib.

Qeyd edək ki, Ankara NATO üzvlüyünə iddialı İsveçi terrorizmi dəstəkləməkdə suçlayır, üstəlik, Stokholmda ultra-sağçının Quranı yandırması iki ölkə arasında münasibətləri xeyli gərginləşdirib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər