Çavuşoğlu Estoniyada: "Rusiya işğal altında olan Ukrayna torpaqlarını tərk etməlidir"
Tarix: 01-02-2023 13:31 | Bölmə: Dünya
Çavuşoğlu Estoniyada: "Rusiya işğal altında olan Ukrayna torpaqlarını tərk etməlidir"

“Biz Ukraynanı dəstəkləməyə davam edirik".

Reyting.az
TRT-yə istinadla xəbər verir ki, bu sözləri Estoniyada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, hazırda savaş bölgəsində vəziyyət əvvəlki aylarla müqayisədə çox mürəkkəbləşib: "Bilirisniz ki, Türkiyə tərəflər arasında vasitəçilik üçün çox səylər göstərib, göstərməkdə də davam edir. Biz hesab ediirk ki, Ukrayna üçün sülh ədalətli olmalıdır, Rusiya işğal altında olan Ukrayna torpaqlarını tərk etməlidir. Biz heç vaxt qeyri-qanuni ilhaqı, o cümlədən Krımın işğalını qəbul etməmişik. Ədalətli sülh Ukraynanın ərazi bütövlüyünün qorunmasıdır".

E.ARAZ




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər