Ukrayna müdafiə nazirinin sabiq müavini və daha 2 məmur korrupsiyada ittiham olunur
Tarix: 01-02-2023 14:49 | Bölmə: Dünya
Ukrayna müdafiə nazirinin sabiq müavini və daha 2 məmur korrupsiyada ittiham olunur

Ukrayna Baş Prokurorluğu Ukrayna müdafiə nazirinin keçmiş müavini Vyaçeslav Şapovalova, həmçinin bu nazirlikdə korrupsiya faktları ilə bağlı daha iki məmura qarşı korrupsiya ittihamı irəli sürüb.

Bu barədə “Ukrayinska pravda” məlumat yayıb.

Hüquq-mühafizə orqanlarındakı mənbələr bildiriblər ki, Şapovalovdan başqa, Müdafiə Nazirliyinin Dövlət Satınalmaları Departamentinin keçmiş direktor müavini Boqdan Xmelnitski və “Promoboroneksport” dövlət müəssisəsinin keçmiş rəis müavini Volodimir Tereşenkoya qarşı ittihamlar irəli sürülüb.

Bildirilib ki, Şapovalov qeyri-qanuni addımlarda ittiham olunur. Belə ki, onun fəaliyyətinin nəticəsində Ukrayna Silahlı Qüvvələrinin bəzi bölmələri 1 milyard qrivendən çox (təxminən 27,27 milyon) fərdi mühafizə vasitələri ilə təchiz olunmayıb. Xmelnitski 107,796 milyon qriven (2,9 milyon dollar) dövlət vəsaitini mənimsəməkdə ittiham edilir. Hazırda Ukrayna Müdafiə Nazirliyinin xarici iqtisadi fəaliyyətin əlaqələndirilməsi departamentinin rəis müavini olan Tereşenko isə 1,34 milyon dollar dövlət vəsaitini ələ keçirmək məqsədilə sui-istifadə və saxtakarlıqda ittiham olunur/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər