Rusiyanın T-90 tankları döyüş sınağından çıxa bilmir
Tarix: 01-02-2023 15:41 | Bölmə: Dünya
Rusiyanın T-90 tankları döyüş sınağından çıxa bilmir

Rusiyanın T-90 tankları Ukraynadakı döyüş meydanında sınaqdan çıxa bilməyib.

Reyting.az
-ın məlumatına görə, bunu hərbi-siyasi ekspert Oleksandr Kovalenko bildirib.

Məlumatda qeyd olunur ki, Ukraynada Rusiyanın 70 ədəd T-90A/S/M tankı məhv edilib.

Ekspert deyib ki, Rusiyanın xidmətində 450-yə qədər T-90 tankının olduğu güman edilir. Ancaq sual yaranır ki, əgər Rusiyanın kifayət qədər döyüşə hazır T-90 tankı varsa, niyə 2022-ci ilin payızından Ukraynanın döyüş bölgəsində bu tankların ixrac versiyaları görünməyə başlayıb?

Kovalenkonun iddiasına görə, Ukraynada döyüşə hazır T-90 tanklarının 50-70 faizə qədəri məhv edilib.

Ekspert diqqətə çatdırıb ki, “dünyada analoqu olmayan” məhv edilmiş T-90-lar T-72 və T-80-dən heç də yaxşı deyil, yəni sovetlərin klassik tanklarından çox da fərqlənmir.

AZƏR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}