Rusiyalılar Kəşmirdə qar uçqununa düşüblər
Tarix: 01-02-2023 17:56 | Bölmə: Dünya
Rusiyalılar Kəşmirdə qar uçqununa düşüblər

Hindistanın dağ-xizək kurortunda baş vermiş qar uçqununda ölən və yaralananlar var.

Reyting.az
“Reuters”ə istinadla xəbər verir ki, səkkiz rusiyalı Hindistanın Gulmarq dağ-xizək kurortunda əmələ gələn qar uçqunu zamanı zərər çəkib. Bu barədə kurortun yaxınlığında yerləşən Baramulla şəhər polis idarəsindən məlumat verilib:

“Hazırda səkkiz nəfər xəstəxanaya çatdırılıb, onların vəziyyəti normaldır, həyatları üçün təhlükə yoxdur”.

Polis məlumatında o da qeyd olunur ki, qar altından xilas edilən 19 əcnəbidən savayı, daha iki nəfərin meyiti çıxarılıb və müvafiq prosedurların yerinə yetirilməsi üçün xəstəxanaya göndərilib. İlkin məlumata görə, həlak olanlar Polşa vətənsdaşlarıdır.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}