Norveç də İsveçin yolunu tutacaq? - Türkiyə xəbədarlıq edir
Tarix: 02-02-2023 16:57 | Bölmə: Dünya
Norveç də İsveçin yolunu tutacaq?

Norveçin səfiri Osloda Quranın yandırılmasına hazırlıq aksiyası ilə bağlı Türkiyə XİN-ə çağrılıb.

Reyting.az
xarici xəbər portallarına istinadla bildirir ki, Quranın təhqir olunmasına dair sabaha planlaşdırılan vandallıq aksiyasına görə bu ölkənin Ankaradakı səfiri Türkiyə XİN-ə dəvət edilib. Onun nəzərinə çatdırılıb ki, Ankara Norveç hakimiyyətinin Quranın təhqir edilməsi aksiyasına yol verməyəcəyini gözləyir.

Türkiyə Xarici İşlər Nazirliyin məlumatında deyilir:

“Biz Norveçin bu cür təxribatçı hərəkətlərin yolverilməzliyinə göstərdiyi münasibəti ən qəti formada qınayırıq. Bu hərəkətlər açıq-aydın nifrət zəminində törədilən cinayət kimi təsnifatlandırılmalıdır. Rəsmi Oslodan bu aksiyanın keçirilməsinə icazə verməyəcəyini gözləyirik”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər