Serbiya prezidenti: “Bizə hədə-qorxu gəlirlər”
Tarix: 02-02-2023 17:54 | Bölmə: Dünya
Serbiya prezidenti: “Bizə hədə-qorxu gəlirlər”

Serbiyanı Avropa Birliyinə buraxmamaqla hədələyirlər.

Reyting.az
“Srbija Danas” agentliyinə istinadla xəbər verir ki, bunu Serbiya prezidenti Aleksanr Vuçiç deyib.

Serbiya lideri bəyan edib ki, əgər ölkəsi Kosovoya dair nizamlama planını qəbul etməsə, ölkəsinin Avropa Birliyinə yolunu bağlamaqla hədələyirlər.

Parlamentdəki çıxışında Vuçiç Kosovo məsələsinə dair ABŞ və AB-nin nümayəndələri ilə apardığı danışıqların nəticələrindən də söz açıb:

“Dünyanın ən qüdrətli beş dövlətinin nümayəndəsi açıq şəkildə bəyan etdi ki, onlar bütün problemləri aradan qaldırmaqda və Balkanlarda yeni gərginliyə yol verməməkdə israrlıdırlar. Mənə isə dedilər ki, əgər Kosovo üzrə nizamlama təşəbbüsü reallaşmasa, Serbiyanın AB ilə danışıqlar prosesi dayandırılacaq, hətta bundan sonra sərmayə qoyuluşuna da son qoyulacaq”.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər