ABŞ Türkiyəyə iki xilasetmə qrupu göndərib
Tarix: 07-02-2023 10:34 | Bölmə: Dünya
ABŞ Türkiyəyə iki xilasetmə qrupu göndərib

ABŞ Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı dağıntılar altında qalan insanların xilası üçün iki qrupdan ibarət heyət göndərib.

Reyting.az
Türkiyə mətbuatına istnadla xəbər verir ki, lazımı texniki dəstəklə təchiz olunacaq 79 nəfərdən ibarət hər qrup bu gün Türkiyənin zəlzələdən dağılmış bölgəsində əməliyyata başlayacaq.

Bu barədə məlumatı Ağ Evin sözçüsü Con Kirbi təsdiq edərək, bildirib ki, prezident Bayden Türkiyəyə yardım üçün müvafiq qurumlara tapşırıq verib:

"İlkin olaraq hər biri 79 nəfərdən ibarət olan ümumilikdə 158 nəfərlik qrup zəlzələ böğlgəsinə göndərilib. ABŞ Türkiyəyə bu ağır günündə hər cür dəstəyi davam etdirəsək. Bir daha həlak olanların ailələrinə başsağlığı verir, yaralılara şəfa diləyirik".

E. ARAZ




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}