Türkiyənin vitse-prezidenti: "Bölgədə xilasetmə əməliyyatları mümkün qədər sürətli aparılır"
Tarix: 07-02-2023 13:49 | Bölmə: Dünya
Türkiyənin vitse-prezidenti: "Bölgədə xilasetmə əməliyyatları mümkün qədər sürətli aparılır"

Türkiyədə dünən baş verən zəlzələdə ölənlərlə yanaşı, xilas edilənlərin də sayı artır.

Reyting.az
xəbərinə görə, bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay açıqlama verib.

O bildirib ki, bölgədə xilasetmə əməliyyatları mümkün qədər sürətlə aparılır:

"İndiyə qədər 8 mindən çox insanımız dağıntılar altından yaralı çıxarılıb, onların həyatına təhlükə yoxdur. Təəssüf ki, dağıntılar altında vəfat edən insanlarımız da çoxdur. Hamısına Allahdan rəhmət diləyirəm".

O əlavə edib ki, zəzlələ bölgəsində digər ölkələrdən gələn 2296 axtarış-xilasetmə işçiləri işləyir: "14 ölkə və Azərbaycanın göndərdiyi xilasetmə qrupları ərazilərdə əməliyyatlara başlayıblar".

E. ARAZ




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər