Ukraynada hərbi vəziyyətin müddəti uzadılıb
Tarix: 07-02-2023 15:48 | Bölmə: Dünya
Ukraynada hərbi vəziyyətin müddəti uzadılıb

Ukrayna parlamenti (Ali Rada) ölkədə hərbi vəziyyəti və səfərbərliyi daha 90 gün uzadıb.

Reyting.az
xəbər verir ki, bu barədə Telegram kanalında deputat Yaroslav Jeleznyak bildirib.

Y. Jeleznyak qeyd edib ki, parlament hərbi vəziyyətin uzadılması ilə bağlı 8419 saylı Prezident fərmanlarını təsdiqləyib (lehinə - 348 səs). Parlamentin qərarı fevralın 19-dan qüvvəyə minəcək və 90 gün qüvvədə olacaq.

Y. Jeleznyak xatırladıb ki, bu, müharibə başlayandan bəri hərbi vəziyyətə dair 6-cı səsvermədir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər