Prezident: “Tayvan münaqişəsi Filippinə də toxunacaq”
Tarix: 13-02-2023 11:09 | Bölmə: Dünya
Prezident: “Tayvan münaqişəsi Filippinə də toxunacaq”

Filippin prezidenti bəyan edib ki, Tayvanda münaqişənin onun ölkəsindən yan keçməyəcəyi aşkar görünməkdədir.

Reyting.az
xarici media seqmentlərinə istinadla xəbər verir ki, Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verən Filippin prezidenti Ferdinand oğul- Markos bu barədə fikrini açıqlayıb:

“Bu münaqişənin Filippinə toxunmayacaq ssenarisini təsəvvür etmək çox çətindir. İndiki vəziyyətdə özümüzü bir növ ön cəbhədə hiss edirik”.

Markos eyni zamanda qeyd edib ki, heç kəs müharibə istəmir: “Problemin həlli variantını hərbi deyil, diplomatik yolla axtarmaq olduqca vacibdir”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər