Suriyada zəlzələdə ölənlərin sayı artır - Müxaliflərin olduğu ərazidə vəziyyət kritikdir
Tarix: 13-02-2023 14:28 | Bölmə: Dünya
Suriyada zəlzələdə ölənlərin sayı artır - Müxaliflərin olduğu ərazidə vəziyyət kritikdir

Fevralın 6-da Suriyada baş verən zəlzələdə ölənlərin sayı 4500 nəfəri ötüb.

Reyting.az
NTV-yə istinadla xəbər verir ki, hökumətın nəzarətində olan ərazilərdə zərərçəkənlərə yardımlar davam edir: "Bu ərazilərdə xilasetmə işləri başa çatıb. Lakin müxaliflərin olduğu ərazilərdə hələ də dağıntılar altında xeyli insan qalıb. Onları xilasetmək üçün lazımı texnika və qüvvə çatışmır".

Məlumatda o da qeyd olunur ki, hazırda BMT xətti ilə müxtəlif ölkələrdən Suriyaya yardım karvanları gəlir: "Əsəd rejimi yardım karvanlarının müxaliflərin olduğu əraziyə getməsinə imkan vermir. Bu ərazilərdə vəziyyət çox kritikdir".

E.ARAZ




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər