Zəlzələdən sonra zorlama və quldurluqla məşğul olan 7 nəfərlik dəstə saxlanılıb
Tarix: 14-02-2023 12:12 | Bölmə: Dünya
Zəlzələdən sonra zorlama və quldurluqla məşğul olan 7 nəfərlik dəstə saxlanılıb

Hatayda baş verən zəlzələdən sonra şəhərdə yaşanan boşluqdan sui-istiafdə edərək köməksiz qadınları zorlayan, eyni zamanda, quldurluq, yağmaçılıq və oğurluqla məşğul olan 7 nəfərlik dəstə saxlanılıb.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, polisin keçirdiyi əməliyyatla tutulan dəstə üzvlərinin ifadəsi alındıqdan sonra onları məhkəməyə apararkən gərginlk yaranıb.

Belə ki, dəstənin şəhərin dar günündə etdiklərini öyrənən sakinlər quldurlara hücum edib, onlara yumruq və təpiklərlə ağır zərbələr endiriblər.

Məlumata görə, polis dəstə üzvlərini kütlənin hücumundan çətinliklə qoruyub.

E. ARAZ





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}