Dağıntılar altında qalan bloqerlə bağlı sensasiyalı iddialar yayılıb
Tarix: 14-02-2023 13:01 | Bölmə: Dünya
Dağıntılar altında qalan bloqerlə bağlı sensasiyalı iddialar yayılıb

Hatayda dağıntılar altında qalan sevilən sosial media fenomeni Taha Duymazla bağlı sensasiyalı iddialar yayılıb.

Reyting.az
xəbər verir ki, Türkiyə mətbuatında və "Tvitter"də bloqer Taha Duymazın bacısı Semiha Duymaz barədə müxtəiif iddialar irəli sürülüb.

Bildirilir ki, Taha çoxdan dağıntılar altından çıxarılıb dəfn olunsa da, bacısı Semiha bu faktı qəsdən gizlədir. O, bununla insanların duyğuları ilə oynamaqla yanaşı, həm də "İnstagram"da daha çox təqibçi qazanmağa çalışır.

Bir qrup isə bir qədər də irəli gedərək, bacısının Tahanın dağıntı altına qaldığı yeri xilasedicilərə qəsdən səhv göstərdiyini iddia etməyə başlayıb.

İddialarla bağlı Semiha Duymaz yeni mesaj yayıb.

O, paylaşımında bildirib ki, acısı o qədər böyükdür ki, ifadə etməyə söz tapa bilmir: "Belə bir gündə klaviatura başında söz atmaq asandır. Təqibçi istəsəydim, bunu elə ilk başdan edərdim. Allah xatirinə susun, mənim qardaşım, xalam, xalamın yoldaşı hələ də dağıntılar altındadır..."

E. KAMAL







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}