Ukraynada Rusiyanın daha bir təyyarəsi vurulub
Tarix: 14-02-2023 13:28 | Bölmə: Dünya
Ukraynada Rusiyanın daha bir təyyarəsi vurulub

Ukraynanın Milli Qvardiyası Baxmut uğrunda döyüşdə Rusiyanın daha bir “Su-25” təyyarəsini vurub. Reyting.az xəbər verir ki, bu barədə Ukrayna Milli Qvardiyası məlumat yayıb.

Bildirilir ki, fevralın 13-də axşam saatlarında döyüş növbətçiliyi zamanı zenit-raket və artilleriya diviziyasının atəş qrupu iki kilometr məsafədən ilk raketlə hücum təyyarəsini zərərsizləşdirib.

Hücum təyyarəsinin alovlandığın bildirən partizan diviziyasının komandiri deyib ki, pilotların taleyi məlum deyil.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}