Zəlzələ bölgəsində yarğan və dərin quyular yaranıb - Foto
Tarix: 14-02-2023 18:52 | Bölmə: Dünya
Zəlzələ bölgəsində yarğan və dərin quyular yaranıb

Türkiyədə baş verən zəlzələ daha br dəhşətli mənzərə yaradıb.

Reyting.az
xəbər verir ki, 10 şəhərdə baş verən zəlzələdən sonra ərazinin ayrı-ayrı istiqamətlərində əmələ gələn nəhəng yarğan və quyular əhalinin qorxudur.

Məlumata görə, zəlzələdən sonra belə dərin yarğanlardan biri də Qaziantepin mərkəzindəki parkda əmələ gəlib.

Parkın ərazisində təbii prosesdən sonra dərinliyi 8, eni 30 metrlik böyük bir quyu açılıb: "Gaziantepin Şahinbey rayonundakı Şenyurt məhəlləsində yerləşən "Aydın Baba" parkında zəlzələnin təsiri ilə yaranan bu dərin quyu çevrədəki evlərə zərər vurmasa da, torpağın üzərində nə varsa - dirək, ağac və sairlərin hamısını udub. Alllah istədi ki, həmin an çökən bu torpağın üstə insan olmayıb".

E. ARAZ





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər