18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Norveç Ukraynaya tank və digər döyüş texnikaları göndərir
Tarix: 14-02-2023 19:00 | Bölmə: Dünya
Norveç Ukraynaya tank və digər döyüş texnikaları göndərir

Norveç Ukraynaya 8 tank, 4 ədəd digər döyüş texnikası və sursatlar verəcək. Reyting.az-ın xəbərinə görə, bu barədə Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə naziri Byorn Arild Qram bildirib ki, Ukraynaya 8 tank və 4-ə qədər xüsusi təyinatlı maşın göndərmək qərarı veriblər. O, bu qərarın həm baş komandanla, həm də digər Avropa ölkələri ilə danışıqlardan sonra qəbul edildiyini deyib.

Nazir diqqətə çatdırıb ki, Ukraynadakı münaqişə kritik mərhələyə yaxınlaşır və Ukrayna Silahlı Qüvvələri vaxtında verilmiş əsaslı dəstəkdən asılıdır.

Onu da qeyd edək ki, Norveç Ukraynaya göndərəcəyi texnikaya ehtiyat hissələrinin alınması üçün vəsait də ayıracaq.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}