Prezidenti əhalini qorxutmaqda ittiham edirlər
Tarix: 16-02-2023 08:58 | Bölmə: Dünya
Prezidenti əhalini qorxutmaqda ittiham edirlər
Maya Sandu

Moldova prezidenti diqqəti hakimiyyətin buraxdığı səhvlərdən yayındırmaq üçün insanları qorxutmaqla məşğuldur.

Reyting.az
xarici media portallarına istinadla xəbər verir ki, bunu ölkə parlamentinin vitse-spikeri, müxalif Sosialistlər Partiyasının icraçı katibi Vlad Batrınça deyib.

Yerli “Vocea Basarabiei” telekanalının canlı efirində vitse-spiker Moldova prezidentinin ünvanına sərt ittihamlar səsləndirib:

“Prezident Maya Sandunun xarici qüvvələrin guya Moldovada dövlət çevrilişinə hazırlaşması barədə qalmaqallı bəyanatlarının arxasında iqtidarda olan partiyanın siyasi maraqları durur".

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər