18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Nazarbayev dövrü qapanıb - Keçmiş prezident siyasətlə məşğul olmayacaq
Tarix: 16-02-2023 13:57 | Bölmə: Dünya
Nazarbayev dövrü qapanıb - Keçmiş prezident siyasətlə məşğul olmayacaq
N. Nazarbayev

Qazaxıstan prezidenti Kasım Comert Tokayev ölkənin ilk prezidenti Nursultan Nazarbayevə “Elbaşı” statusu, habelə özünə və ailəsinə xüsusi imtiyazlar verən qanunun ləğvini təsdiq edən qanunu imzalayıb.

Reyting.az
-ın məlumatına görə, bununla bağlı Qazaxıstan Rəyasət Heyətinin yaydığı bəyanatda bildirilir ki, prezident Tokayev “Qazaxıstan Respublikasının Birinci Prezidenti-Elbaşı” haqqında qanunun qüvvəyə minmiş kimi tanınması haqqında qanunu imzalayıb.

Xatırladaq ki, ötən ay Qazaxıstan parlamenti qanunun ləğvini yekdilliklə təsdiqləyib.

Bundan sonra Nazarbayevin adı konstitusiyada “Millətin lideri” mənasını verən “Elbaşı” titulu ilə yazılmayacaq və onun məhdudiyyətsiz prezident seçilmək hüququ olmayacaq. Bundan başqa, onun Qazaxıstan xalqına müraciət etmək, dövlət quruculuğu, onun təhlükəsizliyi, daxili və xarici siyasətlə bağlı təşəbbüs göstərmək, Konstitusiya Şurasının üzvü olmaq kimi ömürlük hüquqları ləğv ediləcək.

Nazarbayevin toxunulmazlığı ölkənin bütün keçmiş prezidentlərinə şamil ediləcək “Qazaxıstan prezidenti haqqında qanun” çərçivəsində davam edəcək, onun ailəsinin “mülk və bank hesablarının məxfi saxlanılması, sorğu-sual olunmaması” kimi toxunulmazlıqları götürüləcək.

Onu da qeyd edək ki, Qazaxıstan prezidenti Tokayev 2022-ci ilin yanvarında baş verən kütləvi hadisələrdən sonra “Yeni Qazaxıstan” adı altında quruculuq dövrünün başladığını elan edib. Əvvəlcə Nazarbayevin Təhlükəsizlik Şurası və Xalq Məclisi kimi qurumlara ömürlük sədrlik hüququ ləğv olunub, daha sonra 5 iyun 2022-ci ildə keçirilən referendumla “Elbaşı” titulu konstitusiyadan çıxarılıb.

2022-ci ilin sentyabrında Tokayev hər il dekabrın 1-də qeyd olunan “Birinci Prezident Günü”nün dövlət bayramları siyahısından çıxarılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib, ölkənin paytaxtının adı “Nur-Sultan”dan Astanaya qaytarılıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}