Suriyada zəlzələdən sonra 7 minə yaxın insanın taleyindən xəbər yoxdur
Tarix: 16-02-2023 15:09 | Bölmə: Dünya
Suriyada zəlzələdən sonra 7 minə yaxın insanın taleyindən xəbər yoxdur

Suriyada baş verən zəlzələdən sonra 7 minə yaxın insanın taleyindən xəbər yoxdur.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sensasiyalı məlumatı Suriyaya yardım kampaniyasını koordinasıya edən BMT-nin missiyası açıqlayıb.

Məlumata görə, indiyə qədər həm Əsəd, həm də müxaliflərin nəzarətində olan ərazilərdə 5857 nəfəri cəsədi dağıntılar altından çıxarılıb: "Ancaq ümumiikdə 7 min nəfərin taleyindən məlumat yoxdur. Onların dağıntılar altında sağ olub-olmadığı da bəlli deyil".

Xatırladaq ki, Suriyada aktiv xilasedici əməliyyatında iştirak edən Rusiya axtarış qrupu artıq axtarışları dayandırıraq ölkələrinə dönüblər.

Hökumt və müxalif qüvvələr isə xilasetmə əməliyyatını tam gücü ilə aparmaqda çətinlik çəkirlər.

E. ARAZ




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər