Bayden Çini hədələyir: “Dərhal vuracağıq”
Tarix: 17-02-2023 19:42 | Bölmə: Dünya
Bayden Çini hədələyir: “Dərhal vuracağıq”

“Hər hansı bir obyekt ABŞ vətəndaşlarının təhlükəsizliyini təhdid edərsə, onu dərhal düşürəcəm”.

Reyting.az
xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Çinə məxsus yüksək hündürlükdə kəşfiyyat şarının ABŞ üzərində olduğunu açıqladıqdan sonra Bayden casus balonunun endirildiyini təsdiqləyib.

Ağ Evdə açıqlama verən Bayden ABŞ hava məkanında təsbit edilən naməlum obyektlərlə bağlı mühüm bəyanatlar səsləndirib.

Bayden bildirib ki, ötən həftəsonu aşkarlanan 3 naməlum obyektin hamısı hava təhlükəsizliyini təhdid etdiklərinə örə vurulublar: “Burada heç bir səhv yoxdur. Hər hansı obyekt ABŞ vətəndaşlarının təhlükəsizliyini təhdid edirsə, onu vuracağıq”.

Kanada sahəsinə atılan obyektlə bağlı Kanadanın baş naziri Castin Trudeau ilə müzakirə apardığını ifadə edən Bayden diqqətə çatdırıb ki, Kanada və ABŞ orduları bu məsələdə əməkdaşlıq edirlər.

Vurulan üç naməlum obyektin Çinin casus şar proqramı və ya başqa bir ölkə ilə əlaqəli olub-olmadığına dair heç bir dəlil olmadığını ifadə edən Baydenin sözlərinə görə, kəşfiyyat rəsmilərindən alınan məlumatlar bu üç şara bənzəyən obyektin özəl şirkətlərin istifadə etdiyi alətlər ola biləcəyini göstərir: “Göydəki cisimlərin sayının birdən-birə artdığına dair heç bir sübut yoxdur. Bu günlərdə radarlarımızın sayını artırdığımız üçün daha çox obyektlər görürük”.

Bayden əlavə edib ki, yaxın günlərdə Çin lideri ilə görüşüb müzakirə aparmağı planlaşdırır.

AZƏR




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər