Pekin: “KXDR-ə sankiyaların artması vəziyyəti dalana dirəyəcək”
Tarix: 21-02-2023 10:03 | Bölmə: Dünya
Pekin: “KXDR-ə sankiyaların artması vəziyyəti dalana dirəyəcək”

Çinin BMT yanında daimi nümayəndəsi Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən bildirib ki, Şimali Koreyaya qarşı sanksiyaların artırılması bölgədə gərginliyi son həddə çatdıra, vəziyyəti dalana dirəyə blər.

Reyting.az
xarici media portallarına istinadla xəbər verir ki, Çinin BMT yanında daimi nümayəndəsi Day Bin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı zamanı kəskin bəyanat səsləndirib:

“Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının üzvləri konsensus əldə olunmadan KXDR-la bağlı məsələni müzakirəyə çıxarmağa çalışaraq, Pxenyana daha çox təzyiq göstərməyə başlayıb. Bu isə qarşılıqlı fəaliyyətin konstruktiv roluna mənfi təsir edir və problemin həllinə təkan verəcək ideyaların irəli sürülməsinin qarşısını alır. Sanksiyaların gücləndirilməsi isə bizi yalnız dalana dirəyəcək. Məsələni nizamlamaqdan ötrü bütün tərəflər ikili standartlardan qaçmalıdır”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər