18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Miçotakis Blinkenlə görüşdə Türkiyəyə mesaj verib: "Xalqlarımız arasında bağlarımız var..."
Tarix: 21-02-2023 14:13 | Bölmə: Dünya
Miçotakis Blinkenlə görüşdə Türkiyəyə mesaj verib: "Xalqlarımız arasında bağlarımız var..."

ABŞ dövlət Katibi Entoni Blinken Türkiyədən sonra Yunanıstana səfər edib.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, Blinkenin Yunanistan baş naziri Kiriakos Miçotakislə görüşündə Türkiyə ilə bağlı maraqlı söhbət olub.

Baş nazir Blinkenin "Zəlzələdən sonra Türkiyəyə dərhal yardım etdiyiniz üçün sizə təşəkkür edirəm" sözlərinə belə cavab verib:

"Bilirəm, Türkiyədən gəlirsiniz, qonşumuzda baş verən zəlzələ bizim qəlbimizi yaraladı. Qonşumuzu vuran bu fəlakət səbəbi ilə hamımız dərin kədər içindəyik. Yardım etmək üçün xilsetmə qrupunu ilk göndərən ölkə də biz olduq. Bu zəlzlə həm də türk və yunan xalqalaır arasında önəmli bir bağı sübut elədi. Düzdür, böyük siyasi problemlərimiz var, ola bilər. Ancaq xalqlarımız arasında bağlarımız var. Ümid edirəm, bu mənəvi bağ münasibətlərimizi yaxşılaşdırmaq üçün fürsət yaradacaq. Xüsusən də şərqi Aralıq dənizindəki sabitlik üçün bu, vacib addım olar".

E. ARAZ




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}