Rumıniya hökuməti Buxarestdəki “Rusiya evi”ni bağlayıb
Tarix: 21-02-2023 17:57 | Bölmə: Dünya
Rumıniya hökuməti Buxarestdəki “Rusiya evi”ni bağlayıb

Rumıniya hökuməti paytaxt Buxarestdə “Rusiya evi” kimi fəaliyyət göstərən Rusiya Mədəniyyət və Elm Mərkəzini bağlayıb.

TASS xəbər verir ki, bu barədə Rumıniyanın Xarici İşlər Nazirliyindən bildirilib.

Moskvanın Buxarestdəki səfiri Valeriy Kuzmin fevralın 21-də Rumıniya XİN-ə çağırılıb. Diplomat qərarla bağlı məlumatlandırılıb.

Nazirlikdən qeyd olunub ki, mərkəz reallığın və tarixi həqiqətin Rumıniya ictimai rəyi səviyyəsində təhrif edilməsinə yönəlmiş fəaliyyətlə məşğul olub.

XİN-in məlumatına görə, Rusiya Ukraynaya hərbi müdaxilə edəndən sonra mərkəzin bu istiqamətdə fəaliyyəti intensivləşib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər