Polşa prezidenti: “ABŞ dünya nizamını xilas edə bilər”
Tarix: 21-02-2023 18:54 | Bölmə: Dünya
Polşa prezidenti: “ABŞ dünya nizamını xilas edə bilər”

Prezident Co Baydenin Polşaya səfəri Amerika Birləşmiş Ştatların Avropada təhlükəsizliyin qorunmasına sadiqliyinin mühüm əlamətidir. Reyting.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, bunu Polşa prezidenti Andjey Duda ABŞ prezidentinin ölkəsinə səfərindən danışarkən deyib.

Duda ikitərəfli görüşü zamanı Baydenin diqqətinə çatdırıb ki, onun səfəri mühüm təhlükəsizlik əlamətidir, ABŞ-ın dünyanın və Avropanın təhlükəsizliyi üçün məsuliyyətinin siqnalıdır və Amerika dünya nizamını xilas edə bilər.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden bu gün Polşaya səfər edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}