Saakaşvili üçün azadlıq qərargahı yaradırlar
Tarix: 21-02-2023 20:00 | Bölmə: Dünya
Saakaşvili üçün azadlıq qərargahı yaradırlar
M. Saakaşvili

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvilinin azad edilməsi üçün Tbilisidə qərargah yaradılır. Reyting.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə mətbuat konfransında Milli Hərəkatın sədri Levan Xabeişvili deyib.

L. Xabeişvili bildirib ki, qərargahı Gürcüstan Milli Hərəkatı yaradır:

“Biz paytaxtda, Brosse küçəsində Mixail Saakaşvilinin azadlığa buraxılması üçün qərargah açırıq. Bu, eyni zamanda BMT-nin Tbilisidəki mərkəzi ofisi olacaq. Paytaxtda yüz minlərlə olan tərəfdarlarımızı ofisimizə gəlməyə, qeydiyyatdan keçməyə, “Rus arzusu” üzərində qələbənin iştirakçısı olmağa çağırıram”.

L. Xabeişvili deyib ki, partiyanın Tbilisidə güclü olması üçün İrakli Nadiradzenin başçılığı ilə işçi qrup yaradıblar: “Onun vəzifəsi Tiflisdə “Milli Hərəkat”ı yenidən təşkil etmək, onun strukturunu təkmilləşdirməkdən ibarət olacaq ki, partiya həmişəkindən daha güclü olsun. Paralel olaraq, Milli Hərəkatın rəsmi səhifəsində konkret müraciət yerləşdiriləcək, onun vasitəsilə hər biriniz qeydiyyatdan keçə biləcəksiniz”.

Xatırladaq ki, Avropa Parlamenti Gürcüstan hakimiyyətindən eks-prezident M. Saakaşvilini həbsdən azad etməsi üçün qətnamə qəbul edib.

Qeyd edək ki, M. Saakaşvili 2021-ci ilin payızında sərhədi qanunsuz keçərək Gürcüstana gəldikdən sonra saxlanılıb. Hazırda həbsdə olan keçmiş prezidentin səhhətində ciddi problemlərin yarandığı bildirilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər