Bir ildə 1 milyon 400 min rus və belorus Gürcüstana keçib
Tarix: 22-02-2023 00:29 | Bölmə: Dünya
Bir ildə 1 milyon 400 min rus və belorus Gürcüstana keçib

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri rusiyalıların və belorusların ölkəsinə axını ilə bağlı şayiələri təkzib edib.

Reyting.az
yerli media portallarına istinadla bildirir ki, bu barədə nazir parlamentin iclasında məlumat verib.

Gürcüstan DİN-nin başçısı 2022-ci ildə Gürcüstan-Rusiya sərhədini 1,5 milyon rusiyalı və belorusun keçdiyi və bu ölkədə qaldığı barədə məlumatları təkzib edib.

V. Qomelaurinin sözlərinə görə, ötən il sərhədi 1 milyon 400 min Rusiya və Belorus vətəndaşı keçib ki, onlardan yalnız 809 mini geri qayıdıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər