18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Rusiya Ukraynaya qarşı alternativ variantlar hazırlayır
Tarix: 22-02-2023 20:29 | Bölmə: Dünya
Rusiya Ukraynaya qarşı alternativ variantlar hazırlayır
A. Danilov

Rusiya Ukraynaya qarşı müharibədə hərbi məğlubiyyətinin alternativ variantlarını nəzərdən keçirir. Reyting.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov bildirib.

Şura rəhbəri iddia edir ki, hazırda Kreml üçün yeganə xilas Kiyevin “sülh” müqabilində Rusiya tərəfindən işğal olunmuş ərazilərdən imtina etməsi ideyasıdır.

A. Danilovun fikrincə, Ukraynada daxili sabitliyin pozulması Rusiya üçün hərbi məğlubiyyətdən və Putin rejiminin süqutundan yeganə xilas yoludur. Onun sözlərinə görə, Kreml bunun üçün müxtəlif variantlara əl ata bilər.

Danilov qeyd edib ki, Rusiyaya lazım olan tək şey Ukraynanın müharibənin dayandırılması müqabilində Donetsk, Luqansk vilayətləri və Krım ərazilərindən imtina etməyə razılıq verməsidir. “Bu ssenari üzrə işlər geniş miqyasda və müxtəlif istiqamətlərdə aparılır. Kreml öz planlarında ukraynalıların yorğunluğuna, müttəfiqlərin və tərəfdaşların tükənməsinə, ABŞ və Avropada seçkilərə, iqtisadi böhrana və Rusiya resurslarına ehtiyaca ümid edir”, - Danilov bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}