18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
ABŞ və Moldova prezidentləri Varşavada görüşüb
Tarix: 22-02-2023 20:51 | Bölmə: Dünya
ABŞ və Moldova prezidentləri Varşavada görüşüb

ABŞ prezidenti Co Bayden Varşavada Moldova prezidenti Maya Sandu ilə görüşüb.

Reyting.az
Moldova mətbuatına istinadla xəbər verir ki, prezidentlər Ukraynadakı müharibənin Moldova üçün nəticələrini müzakirə ediblər.

M. Sandu Modova hakimiyyətinin ölkədə sülhün və ictimai asayişin qorunması istiqamətində səyləri barədə ABŞ liderini məlumatlandırıb. O, Baydeni Kişinyova da dəvət edib.

“Mən prezident Baydenə çatdırdım ki, moldovalılar azad dünyanın bir hissəsi olaraq qalmaq, təhlükəsizlik şəraitində yaşamaq və arzularını, o cümlədən Avropa İttifaqına daxil olmaq arzusunu həyata keçirmək istəyirlər. Mən ona Birləşmiş Ştatların ölkəmizin iqtisadi inkişafı və demokratik transformasiyası üçün verdiyi mühüm dəstəyə görə təşəkkür etdim”, - deyə M. Sandu bildirib.

Moldova prezidenti, həmçinin son bir ildə ABŞ hökumətinin Moldovaya enerji böhranının aradan qaldırılmasında göstərdiyi köməyə görə C. Baydenə təşəkkür edib.

“Bu, bizə imkan verdi ki, aztəminatlı vətəndaşlara kompensasiyalar ödəyək ki, onlar enerji qiymətlərinin artmasının öhdəsindən daha rahat gələ bilsinlər. Biz enerji mənbələrinin şaxələndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi səylərimizdə ABŞ hökumətinin dəstəyinə ümid etməyə davam edirik”, - Sandu bildirib.

Qeyd edək ki, C. Bayden 2011-ci ildə ABŞ vitse-prezidenti kimi Moldovaya səfər edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}