Rusiya bir milyon nəfəri səfərbər edə bilər
Tarix: 22-02-2023 23:16 | Bölmə: Dünya
Rusiya bir milyon nəfəri səfərbər edə bilər

Kreml Ukraynadakı məğlubiyyətini qəbul etməyə hazır deyil və müharibəni xeyrinə dəyişmək üçün ölkədə yeni səfərbərlik elan edə bilər. Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kal deyib.

Bruno Kal bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə sülh danışıqlarına hazır deyil və say üstünlüyünə arxalanaraq hərbi uğur qazanmağa çalışacaq.

Onun sözlərinə görə, Kreml Ukraynaya öz iradəsini yalnız cəbhəyə daha da çox adam göndərməklə tətbiq edə bilər. Mümkündür ki, payızda səfərbər olunan 300 mindən çox insan kifayət etməsin.

Kəşfiyyat Xidmətinin rəhbəri əlavə edib ki, Kreml zəruri hesab edərsə, Rusiyanın gələcək səfərbərlik potensialı bir milyon nəfərə qədər ola bilər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər