İstanbulda qəzalı binada yaşayan kirayəçinin sözləri gündəm olub
Tarix: 23-02-2023 15:09 | Bölmə: Dünya
İstanbulda qəzalı binada yaşayan kirayəçinin sözləri gündəm olub

İstanbulda Kadıköydə "Bina qəzalıdır" arayışına görə boşaldılan binalardan birinin sakini yaşadığı mənzili maraqlı səbəblə tərk etməyəcəyini deyir.

Reyting.az
xəbər verir ki, rəsmi qurumların "təcili bu bina sölkülməlidir" tələbinə baxmayaraq, Kadıköydəki Fener küçəsindəki 4 mərtəbəli binada anası ilə qalan kirayəçinin sözləri Türkiyə TV-lərinin müzakirəsinə səbəb olub.

Adı açıqlanmayan kirayəçi məhkəməyə verilməsinə baxmayaraq, binanı tərk etməyəcəyini deyir:

"Mən buranın sökülməsni məhkəmə qərar ilə dayandırdım. Buranın təməli, torpaq sahəsi zəlzələyə davamsızdırsa, o zaman 100 il əvvəl ingilislər niyə dəmiryol xəttini buradan keçirib? Mən axmağam? Məni axmaq yerinə qoymayın. Burada mənim həyatıma risk yoxdur. Əgər burada risk varsa, deməli, yan-yörəmizdə olan 20 bina da risklidir".

Kirayəçi deyib ki, əgər həyatına risk olduğunu bilsə, özü gedər: "Həm də mənə zamanında xəbərdarllıq olunmadı, indi də köçməyə imkanım yoxdur".

E. ARAZ




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər