Boris Conson NATO-nun Baş katibi vəzifəsinə namizəd olub
Tarix: 23-02-2023 22:19 | Bölmə: Dünya
Boris Conson NATO-nun Baş katibi vəzifəsinə namizəd olub

NATO-nun hazırkı başçısı Yens Stoltenberq bu ilin sentyabrında vəzifəsini tərk etdikdən sonra Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson alyansın növbəti Baş katibi ola bilər.

Bu barədə britaniyalı diplomatın özü məlumat verib.

O, NATO-nun Baş katibi vəzifəsinə namizədliyini irəli sürdüyünü açıqlayıb: "Yaxşı fikirdir. Elan etməliyəm ki, belə bir fikir mövcuddur. Mən özümü namizəd hesab edirəm. Bu, çox yaxşı və vacib bir mövqedir. NATO indi həmişəkindən daha güclüdür".

Qeyd edək ki, yaşlı torilər də Boris Consonun NATO-nun Baş katibi qismində namizədliyini dəstəkləyir.

Hazırda NATO-nun Baş katibi Yens Stoltenberqdir. Norveçli diplomat bu vəzifəyə 2014-cü ildə təyin olunub. Ötən ilin martın 24-də Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi ilə əlaqədar olaraq NATO-ya üzv ölkələr Y. Stoltenberqin 2023-cü il sentyabrın 30-dək bu vəzifədə qalmasına qərar veriblər/Report.

Ötən həftə NATO-nun hazırkı baş katibi açıqlama verərək, səlahiyyət müddəti bitən kimi vəzifədən gedəcəyini bəyan edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər