Əkrəm İmamoğlu: "İstanbulu zəlzələyə hazırlamaq üçün 360 milyard gərəkdir"
Tarix: 25-02-2023 17:56 | Bölmə: Dünya
Əkrəm İmamoğlu: "İstanbulu zəlzələyə hazırlamaq üçün 360 milyard gərəkdir"

Türkiyədə baş verən zəlzələdən sonra gözlər əhalinin daha çox yaşadığı və mütəmadi zəlzələ xəbərdarlığı edilən İstanbula dikilib.

Reyting.az
xəbər verir ki, zəlzələşünasların bu şəhərin bir çox rayonlarında qarşıdakı 10 il içində 7 baldan çox şiddətli zəlzələ olacağının anonsunu verməsi şəhər rəhbərliyini hərəkətə gətirib.

Bu gün açıqlama verən İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu qısa müddətdə şəhərdəki binalarda təftiş apardıqlarını deyib.

O bildirıb ki, ümumilikdə 90 mindən çox bina yaşayış üçün riskli sayılıb: "Ümumiyyətlə, İstanbulu gözlənilən zəlzələyə hazırlamaq üçün alim və mütəxəssisləri bir araya gətirdik. Uzun müzakirə və təftişlərdən sonra İstanbulda yalnız problemli binalarımızı dayanıqlı hala gətimək üçün plan hazırladıq. Hesablamaya görə, bunun üçün 360 milyard lirə vəsait gərəkdir. Bu, bizkm bələdiyyənin 3 qatı deməkdir...".

E.ARAZ




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər