Süleyman Soylu: "Türkiyənin güvənliyini heç kim təhdid edə bilməz"
Tarix: 27-02-2023 10:57 | Bölmə: Dünya
Süleyman Soylu: "Türkiyənin güvənliyini heç kim təhdid edə bilməz"

Türkiyənin daxili işlər naziri Süleyman Soylu “Fənərbaxça” və “Beşiktaş” matçında stadionlarda “Hökumət, istefa!” şüarlarına sərt reaksiya verib.

Reyting.az
-ın məlumatına görə, Hataydakı AFAD mərkəzində suallara cavab verən Soylu diqqətlərinin fəlakət bölgəsində olduğunu zənn edən bir qrupun Türkiyədə qarmaqarışıqlıq yaratmasına imkan verilməyəcəyini deyib:

"Heç kim Türkiyənin təhlükəsizliyi üçün "qol güləşi" aparmasın. Mənim məsləhətim budur. Heç narahat olmayın. Əgər vaxtımızı və işimizi bunlara görə bölməyimizi istəyirlərsə, buyursunlar. Hodri meydan! Türkiyənin güvənliyini heç kim təhdid edə bilməz".

E. ARAZ




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər