III Karl üç əsrlik ənənəni pozub
Tarix: 27-02-2023 12:06 | Bölmə: Dünya
III Karl üç əsrlik ənənəni pozub

Böyük Britaniyanın kralı III Karl sülalənin əsrlərlə davam edən tacqoyma mərasimi ənənəsinə düzəlişlər edib.

Reyting.az
“Daily Mail” nəşrinə istinadla xəbər verir ki, Birləşmiş Krallığın yeni kralı III Karl və onun xanımı Kamilla tacqoyma mərasiminə getmək üçün 261 yaşı olan məşhur Gold State karetasına minməkdən imtina ediblər.

Əsrlərlə davam edən ənənəyə görə, kareta yeni monarxın tacqoyma mərasimi üçün istifadə olunub və kralı Bukingem sarayından Vestminster abbatlığına aparıb. Amma bu dəfə bu məqsəd üçün başqa nəqliyyat vasitəsi seçilib.

Məlumata görə, kral və xanımı geriyə, saraya Gold State ilə qayıdacaq. Buna səbəb kimi 1762-ci il istehsalı olan karetanın yolboyu ciddi silkələnmə verməsi göstərilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}