Ruslar Ukraynaya yaxın ərazilərə hücum təyyarələri toplayıb
Tarix: 27-02-2023 12:48 | Bölmə: Dünya
Ruslar Ukraynaya yaxın ərazilərə hücum təyyarələri toplayıb

Rusiya Ukrayna ilə sərhədləri yaxınlığına hücum təyyarələri toplayıb. Ukrayna Silahlı Qüvvələrinin hücum etməyə çalışdığı ən mühüm ərazilərdə Rusiya bu təyyarələrdən istifadə edəcək.

Reyting.az
xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Çernyak “RBC-Ukrayna”ya deyib ki, Rusiya Federasiyasının quru qoşunları uğur qazana bilmədiyi üçün ruslar aviasiyadan istifadəni artırmaq qərarına gəliblər.

Çernyak əlavə edib ki, Ukraynanın hava hücumundan müdafiəsi hər gün gücləndirilir.

Kəşfiyyatçı bildirib ki, Ukrayna Hərbi Hava Qüvvələrinin qırıcıları raketləri və İranın kamikadze pilotsuz təyyarələrini də vurmağı öyrəniblər. Təyyarələr isə onlar üçün daha da asan hədəf olacaq.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}