Ərdoğan Baxçalı ilə birgə zəlzələ bölgəsinə səfər edib: "Sizdən halallıq istəyirəm"
Tarix: 27-02-2023 16:11 | Bölmə: Dünya
Ərdoğan Baxçalı ilə birgə zəlzələ bölgəsinə səfər edib: "Sizdən halallıq istəyirəm"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün MHP lideri Dövlət Baxçalı ilə birgə yenə zəlzələ bölgəsinə səfər edib.

Reyting.az
NTV-yə istinadla xəbər verir ki, onlar əvvəlcə Adıyamanda fevralın 6-da baş verən zəlzələdən sonra görülən işlərlə tanış olacaqlar.

Bildirilib ki, liderlərin digər bölgələrə də səfəri gözlənilir.

Xatırladaq ki, Ərdoğanla Baxçalı ötən həftə də zəlzələ bölgəsinə birgə səfər ediblər.

***

Reyting.az-ın məlumatına görə, Adıyamanda səfərdə olan Ərdoğan burada açıqlamalar verib.

O, əvvəlcə Adıyanman camaatından halallıq istəyib: "Adıyamandan halallıq istəyirəm, hava və yol probleminə görə bura ilk gündən gələ bilmədik. Hər şeyin fərqindəyik. Etdiklərimiz və edəcəklərmizi bilirik, kimsə buna şübhə etməsin".

Ərdoğan rayonda 16 mindən çox konteynr ev qurulacağını da diqqətə çatdırıb.


E. ARAZ




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}