Sankt-Peterburqun səmasında nə baş verir: aeroport bağlanıb, havaya qırıcılar qaldırılıb
Tarix: 28-02-2023 12:26 | Bölmə: Dünya
Sankt-Peterburqun səmasında nə baş verir: aeroport bağlanıb, havaya qırıcılar qaldırılıb

Fevralın 28-də Rusiyanın Sankt-Peterburq şəhərinin səmasında naməlum uçan obyekt müşahidə edilib.

Məlumatı “İnsayder” yayıb.

Hadisə ilə əlaqədar şəhərin Pulkovo hava limanına təyyarələrin eniş və qalxışı dayandırılıb.

Məlumata görə, şəhərdə təcili tədbir planı tətbiq edilib. Şəhərin səmasına qırıcılar qaldırılıb. “Flightradar” xidməti üzrə mülki təyyarələr Sankt-Peterburqa yaxınlaşmır.

Yerli hakimiyyət Sankt-Peterburq hava limanının müvəqqəti olaraq təyyarələri qəbul etmədiyini təsdiqləyib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}