18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Dövlət Departamentinin sözçüsü vəzifədən azad edilib
Tarix: 08-03-2023 11:09 | Bölmə: Dünya
Dövlət Departamentinin sözçüsü vəzifədən azad edilib
Ned Prays

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays vəzifəsindən azad edilib.

Bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

Qeyd olunub ki, N. Prays bu ay təqaüdə çıxacaq. Onu müvəqqəti olaraq hazırkı müavini Vedant Patel əvəz edəcək.

Blinken deyib ki, Prays ABŞ-ın xarici siyasətinin siması və səsi olub: “O, həddindən artıq peşəkar və dürüst işləyib. Dövlət Departamenti adından Praysa təşəkkür edirəm”.

Qeyd edək ki, N. Prays 2021-ci ildən bu vəzifəni icra edirdi və onun daha yüksək vəzifəyə təyin olunacağı gözlənilir.(Report)

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər